SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin 7 noyabradək nəzərdə tutduğu fəaliyyət proqramı hazırlayıb. Bu haqda bu gün, 2 noyabr tarixində mərkəzin Astara nümayəndəliyinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Planda olan fəaliyyətləri sizlərə təqdim edirik:

2 noyabr saat 15:00-da gənclər “Kino klub” layihəsi çərçivəsində “Poladın 7 anı” filmini izləyəcəklər.

3 noyabr saat 15:00-da “Pendirimi kim oğurladı?” kitabının müzakirəsi olacaqdır.

4 noyabr saat 19:00-da Nübar Nizamova ilə görüş baş tutacaq. Görüşdə əsasən “İnkluziv həyat” mövzusu müzakirə olunacaq.

5 noyabr saat 15:00-da gənclər üçün “İntellektual oyunlar klubu” layihəsi çərçivəsində “BİL – intellektual liqası” baş tutacaq.

Qeyd olunan tədbirlərdə sizdə iştirak etmək istəyirsinizsə, Astara gənclərinin Facebook səhifəsində ətraflı məlumat ala bilərsiniz.