SON XƏBƏRLƏR

Astara rayonu Heydər Əliyev mərkəzində “Mən Qarabağam” layihəsi baş tutacaq. Bu haqda məlumatı bu gün, 19 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.

Belə ki, 22 oktyabr saat 17:30-da baş tutacaq layihə çərçivəsində işğaldan azad olunmuş rayonlar haqqında könüllülər tərəfindən hazırlanmış təqdimat nümayiş olunacaq.

Layihədə iştirak etmək üçün qeydiyyat mütləqdir. Qeydiyyat linki: https://forms.gle/4m8ca7GNC4s18JQq9