SON XƏBƏRLƏR

Astara gəncləri üçün “Şəxsi inkişaf günləri” layihəsi çərçivəsində görüş keçiriləcək. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi xəbər verib.

25 oktyabr saat 16:00-da Astara Heydər Əliyev Mərkəzində keçiriləcək layihə çərçivəsində “Liderlik” mövzusunda videolar izlənəcək, sonra isə Allan & Barbara Peacenin “Bədən dili”, Mümin Sekmanın “Limitsizsiniz” kitablarının müzakirəsi baş tutacaq. Məqsəd gənclərin təlim saytları, həmçinin, faydalı kitablar barədə məlumatlanmasıdır.

Qeydiyyat linki: https://forms.gle/a1bo4