SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyi 14 – 19 dekabr tarixləri üçün nəzərdə tutduğu həftəlik fəaliyyət planını təqdim edib. Bu haqda məlumat bu gün,13 dekabr tarixində Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

15 dekabr tarixində “İncə ilmələr” layihəsi çərçivəsində gənclər Astaranın Kakalos kəndində qamışdan zənbil və həsil məhsulları hazırlanan yerə ekskursiya edəcəklər.

16 dekabr tarixində “Hüquq klubu”da “Hüquq və azadlıqlar” mövzusunda müzakirələr olacaq.

17 dekabr tarixində “Sağlam OL” layihəsi çərçivəsində gənclərə “İlk tibbi yardım” təlimi keçiriləcək.

Astara GİKM-nin təşkil etdiyi tədbirlərdə iştirak etmək istəyənlər Astara Gənclərinin Facebook səhifəsinə müraciət edə bilərlər.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər