Astara gəncləri “Vətənpərvərlik klubu”nun fəaliyyəti çərçivəsində Heydər Əliyev muzeyinə səfər ediblər. Bu haqda məlumatı bu gün, 21 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.
Ekskursiya zamanı Heydər Əliyevin həyat yolu, Astaraya etdiyi səfərlər, siyasi irsi haqqında gənclərə ətraflı məlumat verilib.
Sonda Ulu öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.