SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyi sosial sahibkarlıq haqda təlim təşkil edəcək. Bu haqda məlumat Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Gənc Tədqiqatçılar” layihəsi çərçivəsində Astara GİKM-in təcrübəçisi Bəhman Mikayılov “Sosial sahibkarlıq nədir və nə zaman yaranıb?” mövzusunda məlumat verəcək.

8 dekabr saat 15:00-da baş tutacaq təlimdə sahibkarlığın faydaları haqda danışılacaq. Həmçinin regionların sosial sahibkarlıq anlayışı mütaliə ediləcək.

Görüşdə iştirak etmək istəyənlər aşağıda qeyd olunan linkə daxil olaraq, forumu doldurmalıdırlar: https://forms.gle/ku96DenoTJASJ8wz9