SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzi Astara nümayəndəliyi gənclərin xarici dil bacarıqlarını artırması üçün təlim təşkil edir. Bu haqda məlumat bu gün, 21 yanvar tarixində Astara Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.

“Şəxsi inkişaf günləri” layihəsi çərçivəsində baş tutacaq təlim, 24 yanvar saat 15:00-da keçiriləcək. “TəcrübəçimİZ” Nəzrin Ağamalızadə, Astara Heydər Əliyev Mərkəzində təşkil olunacaq təlimdə gənclərin ingilis dili səviyyəsini müəyyənləşdirərək aşağıdakı mövzular haqqında məlumatlar verəcək:

  • Xarici dil öyrənmək üçün metodlar;
  • Fərdi şəkildə xarici dil öyrənmək üçün istifadə edə biləcəyimiz mobil platforma və saytlar;
  • Xarici dil öyrənmək üçün istifadə olunan kitablar.

Görüşdə iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/8UV7PmSJ1oEnoNdm8

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.