SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyi gənclər üçün 25 – 31 oktyabr tarixlərində baş tutacaq yeni fəaliyyət planını hazırlayıb. Bu haqda bu gün, 25 oktyabr tarixində nümayəndəliyinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Gənclərin səmərəli və əyləncəli vaxt keçirə bilməsi üçün planlaşdırılan tədbirlər aşağıdakılarıdır:

25 oktyabr saat 16:00-da gənclər “Şəxsi inkişaf günləri” layihəsi çərçivəsində “Liderlik” və “Bədən dili” təlimlərində iştirak edə bilərlər.

26 oktyabr saat 16:00-da Vətən müharibəsi şəhidi Rauf Cahangirovun evi ziyarət ediləcək.

27 oktyabr saat 15:00-da “Start İT” layihəsi çərçivəsində “Microsoft Office” təlimi baş tutacaq.

29 oktyabr saat 16:00-da gənclər bu səfər “Frido Kahlonun ev müzeyi”nə onlayn səyahət edəcəklər.

Boş vaxtlarınızı səmərəli şəkildə istifadə etmək istəyirsinizsə, sizdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin üzvü ola bilərsiniz.

İştirak etmək üçün Facebook səhifəsinə müraciət edə bilərsiniz: Astara Gəncləri.

Dünyaca məşhur aşpaz
Sizi maraqlandıran

Dünyaca məşhur aşpaz Masallıda hind quşu ləvəngisi bişirdi

Dünyaca məşhur “Wilderness cooking” Youtube kanalının sahibi, məşhur aşpaz Təvəkkül Aslanov Masallıda hind quşu ləvəngisi bişirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir. “Azərçay”ın dəstəyi ilə Novruz