SON XƏBƏRLƏR

Astarada Beynəlxalq Əlillər Günü ilə əlaqədar sərgi keçirilib. Bu haqda məlumat Astara Dövlət Rəsm Qalereyasının rəsmi Facebook səhifəsində paylaşılıb.

Astara Dövlət Rəsm Qalereyasının nəzdində fəaliyyət göstərən “Rəssamlıq” dərnəyində fiziki qüsurlu uşaqlar təhsil alır. Onlar Beynəlxalq Əlillər Günü ilə əlaqədar çəkdikləri rəsmləri və əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

Əl işləri ilə fiziki qüsurluların bacarıqlarını sübut edən 8 uşağın çəkdikləri rəsmlər Mədəniyyət Mərkəzinin foyesində nümayiş olunub.

Astara Dövlət Rəsm Qalereyasının rəsmi Facebook səhifəsi
Astara Dövlət Rəsm Qalereyasının rəsmi Facebook səhifəsi