SON XƏBƏRLƏR

“Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin açılış tədbiri baş tutub. Bu haqda məlumatı Astara rayon Təhsil şöbəsi verib.

Layihənin rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Nəvai Qənbərovdur.

Açılışda 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, layihənin rəhbəri Nəvai Qənbərov, layihənin eksperti Samir Salayev, layihənin təlimçisi – peşəkar CİS mütəxəssisi Samir Vəlizadə, layihəyə iştirakçı kimi seçilən müəllimlər və Astara rayonu təhsil ictimaiyyətinin bəzi nümayəndələri iştirak ediblər.

İcra planına uyğun olaraq layihə növbəti həftədən başlayaraq həftə ərzində 2 gün və gündə 3 saat olmaqla online formatda “Google meeting” platforması üzərindən həyata keçiriləcək.