SON XƏBƏRLƏR

Astarada tələbə və məkətblilər arasında turnir keçiriləcək. Bu haqda bu güm, 12 may tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika və Gimnastika Federasiyalarının təsdiq etdikləri “Sağlam həyat” layihəsinə uyğun Astara Rayon İcra Hakimiyyəti, YAP Astara rayon təşkilatçılı ilə baş tutacaq. Astara Dənizkənarı Park Bulvar Kompleksində keçirilən yarışmada iştirak edə bilərlər:

– 18-24 yaş qrupu – tələbələr;

– 16-17 yaş qrupu – məktəblilər (X-XI sinif).

Yarışlar turnikdə dartınma, paralel qollarda qolların açılıb bükülməsi, döşəməyə dayaqlı vəziyyətdə qolların açılıb bükülməsi, yerindən uzunluğa tullanmaq, 16 kq çəki daşını birdən qaldırma, 3 kq tibbi topu atmaq üzrə keçiriləcək.

Yarışlarda fəxri yerləri qazananlar diplom və hədiyyələrlə təltif olunacaqlar.