Astarada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu keçirilib. Bu haqda məlumatı Astara rayonu Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsi paylaşıb.
İntellektual yarışda “Azərlight” (Astara şəhər 1 saylı tam orta məktəb), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), “Everest” (Astara şəhər 3 saylı tam orta məktəb), “Dəmir yumruq” (Astara şəhər 5 saylı tam orta məktəb), “Zəfər” (Astara şəhər 6 saylı tam orta məktəb), “Narsis” (Astara könüllüləri), “Xəmsə” (Astara Pedaqoji Kolleci) komandaları mübarizə aparıblar.
Maraqlı mübarizədən sonra I yerə “Narsis” (Astara könüllüləri), II yerə “Xəmsə”(Astara Pedaqoji Kolleci) komandaları layiq görülüblər.
Astara RGİİ tərəfindən “Narsis” və “Xəmsə” komandalarının üzvlərinə, həmçinin Vətən müharibəsi qazisi, “Narsis” komandasının kapitanı, Sım kənd tam orta məktəbinin tarix müəllimi Əkbərov Heydər Niyazi oğluna və Vətən müharibəsi şəhidi Nail Orucovun övladı, “Ziya” komandasının üzvü Ruslan Orucova Astara RGİİ-nin diplomları və hədiyyəsi təqdim edilib.

