Astarada “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş intellekt liqası keçirilir. Bu haqda məlumat Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Astara nümayəndəliyinin rəsmi Facebook səhifəsində dərc edilib.
“BİL” – Birlik İntellekt Liqası 46 GİKM nümayəndəliyində 7 həftə keçiriləcək. Yarış “Nə? Harada? Nə zaman?” formatında reallaşır.
Astarada keçirilən turnirdə 2 komanda iştirak edib. 24 sual verilən yarışmada “Xəmsə” komandası 7, “Skeptiklər” komandası isə 8 xal toplayıb.