SON XƏBƏRLƏR

Astara rayon Mərkəzi kitabxanasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Azertac verib.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Sım Folklor Evinin direktoru, Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri və digərləri iştirak ediblər.

Onlar Aşıq Ələsgərə həsr olunmuş videoçarxa baxdıqdan sonra qüdrətli söz ustadının ömür yoluna və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Azertac
Azertac