SON XƏBƏRLƏR

Masallı “ASAN xidmət” könüllüləri GİKM ilə birgə görüş təşkil ediblər. Bu haqda bu gün, 13 sentyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

“ASAN xidmət” könüllüləri əvvəlcə nümayəndəliyin fəaliyyəti ilə yaxından tanış olub, “Gənc könüllülər”lə təcrübə mübadiləsi aparıblar.

Daha sonra GİKM-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Orxan Əliyev nümayəndəlikdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, könüllü proqramları, təcrübə proqramları, Masallı gənclərinin müxtəlif layihələrdə iştirakı ilə bağlı ASAN könüllülərinə məlumatlar verib, gənclərin suallarını cavablandırıb. Görüşün sonunda Masallı ASAN könüllüləri öz fəaliyyətləri haqqında gənclərə məlumat veriblər.