SON XƏBƏRLƏR

 

Lənkəran KOB inkişaf mərkəzində biznesə yeni başlayanlar və sahibkarlar üçün təlim keçiriləcək. Bu haqda Lənkəran KOB mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda əyani formada keçiriləcək təlim 30 sentyabr saat 14:00-da baş tutacaq. Təlim peşəkar təlimçi Zaur İbrahimli tərəfindən keçiriləcəkdir.

İştirak etmək istəyənlər qeyd olunan linkdə daxil olaraq qeydiyyatda keçə bilərlər: https://forms.gle/dNrKBwapYX2PaVe2A

Lənkəran KOB inkişaf mərkəzində keçirilən təlimlər ödənişsizdir.

Ətraflı məlumat almaq üçün +994 77 271 25 00 mobil vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7