SON XƏBƏRLƏR

Astara Dənizkənarı Park-Bulvar Kompleksində rayonda olan alman turistləri arasında əyləncəli idman oyunları təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində verir.

Astara Rayon Gənclər və İdman İdarəsinin dəstəyi və İsveçrə vətəndaşı Rahel Martina Souderin təşəbbüsü ilə keçirilən əyləncəli idman oyunları 3 mərhələ üzrə – “Kəndirdartma”, “Kisə ilə qaçış”, “Hədəfi aşırma” üzrə keçirilib.

Əyləncəli idman oyunlarına Almaniya vətəndaşları ilə yanaşı, Astara Dənizkənarı Park-Bulvar Kompleksində istirahət edən yerli uşaq, yeniyetmə və gənclər də qoşulublar.

Tədbirdə Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov da iştirak edib.