SON XƏBƏRLƏR

Astara rayonu üzrə ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.

Aksiya Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Peşə Liseyi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə əməkdaşlığı çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilib.