“Azəriqaz” İB Yardımlı, Lerik, Lənkəran və Masallı rayonlarında “Açıq mikrofon” aksiyası keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Belə ki, aksiya:
- 13 mart saat 11:00-dan 12:00-dək Yardımlı Heydər Əliyev Mərkəzində;
- 14 mart saat 11:00-dan 12:00-dək Lerik Heydər Əliyev Mərkəzində;
- 15 mart saat 13:00-dan 14:00-dək Lənkəran Regional Mədəniyyət İdarəsində;
- 17 mart saat 11:00-dan 12:00-dək Masallı Heydər Əliyev Mərkəzində baş tutacaq.