SON XƏBƏRLƏR

“Camping Azerbaijan” ucqar kəndlərdə yaşayan balacaları sevindirmək məqsədilə “Şaxta baba” layihəsinə start verib.

Belə ki, onlar yeni il hədiyyələrinin alınması üçün ianə toplanmasına başlayıblar.

Layihənin dəstəkçisi Lənkəran şəhəri Qala Xiyabani küç.13-də yerləşən “Tor coffee shop”dur. Onlar 15-20 dekabr olan aralıqda satışdan əldə olunacaq gəliri “Şaxta baba” layihəsinə ianə edəcəklər.

Kampaniya günləri kafedə ianə qutusu da yerləşdiriləcək ki, arzu edənlər alış-veriş etmədən də ianə edə biləcəklər.

Ətraflı məlumat və dəstək üçün @camping_azerbaijan səhifəsinə müraciət etmək olar.

Qeyd edək ki, kampaniya çərçivəsində informasiya dəstəyi Cenublu.az tərəfindən göstərilir.