“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbənin pəncərələri” adlı aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Aksiya çərçivəsində zəfər simvolumuz olan xarıbülbülün lent formasında hazırlanmış döş nişanının şəhər sakinlərinə paylanılması təşkil olunub.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd şəhidlərimizin gənclər arasında tanıdılması, gənclər arasında vətənpərvərlik hissinin yüksək səviyyədə aşılanmasıdır.