SON XƏBƏRLƏR

Masallıda yerli sakinlər üçün COVİD-19 xəstəliyinə qarşı ictimai aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, Masallı rayonunda 3 nəfər 18-29 yaş arası könüllü gənc müəyyən olunub, onlar üçün pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanıb, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici spirt) və tibbi ləvazimatlarla (maska) təmin olunublar.

Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Masallı rayonundakı ictimai yerlərdə sakinlərə 650 ədəd buklet, 100 ədəd tibbi maska və 25 ədəd dezinfeksiyaedici spirt paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri aparılıb. Sonda layihədə könüllü fəaliyyət göstərən 3 nəfər gənc ictimai birlik tərəfindən müvafiq sertifikatlarla təltif olunub.

Növbəti belə oxşar aksiyanın 15 noyabr 2022-ci il tarixində Astara şəhərində keçirilməsi planlaşdırılır.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə