SON XƏBƏRLƏR

Masallı sakinləri təbiətimizi qorumaq məqsədilə təşkil olunan aksiyada iştirak ediblər. Bu haqda məlumatı bu gün, 14 noyabr tarixində Cenublu.az verir.

“Bir ağac – min nəfəs” adlı aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və Bazarstore marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutub. Sakinlərə ağac tingləri paylanılıb. Onlar isə əvəzində ümumi tutumu 180 litr olan plastik tullantı, 75 ədəd işlənmiş batareya təhvil veriblər.