Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Belə ki, aksiya çərçivəsində rayonun Təklə və Hüseynhacılı dairələrində 500 ədəd müxtəlif növ ağaclar əkilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar, din xadimləri, məktəblilər və rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, aksiya rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.
Həmçinin Masallı Rayon Yaşıllaşdırma müəssisəsi tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 100 ədəd və Zəfər Gününə həsr olunmuş 44 ədəd ağac əkilib.