Yazın gəlişi ilə Masallıda yaşıllaşdırma işlərinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən aksiyada Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsi, YAP Masallı rayon təşkilatı, Statistika İdarəsi və Yaşıllaşdırma müəssisəsinin əməkdaşları iştirak ediblər.
Aksiya iştirakçıları şəhərin Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkiblər.