SON XƏBƏRLƏR

Masallıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində verir.

Aksiyada BDU-nun rektoru Elçin Babayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, universitetin professor-müəllim heyəti, hüquq mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Aksiya zamanı 100 ağac əkilib.

Qeyd edək ki, aksiya Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.