Masallı və Lənkəran rayonlarında ağacəkmə aksiyaları keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.
“Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə keçirilən aksiya çərçivəsində Masallı və Lənkəran rayonlarının ümumilikdə 2 hektar meşə fondu torpağında 3 minə yaxın ağac tingi əkilib, 75 kq palıd toxumu səpilib.
Qeyd edək ki, tədbir Türkiyənin təşəbbüsü ilə həyata keçirilib.