Masallıda uşaqlar üçün ödənişsiz göz müayinəsi keçiriləcək. Bu haqda məlumatı bu gün, 2 yanvar tarixində Masallı Bioloji Təbabət klinikası rəsmi Facebook səhifəsində paylaşıb.
Belə ki, pasiyentləri oftalmoloq Dr. Günel Xaliqverdiyeva qəbul edəcək. Aksiya 6 yanvar tarixində baş tutacaq.
Öncədən qeydiyyat mütləqdir. Qəbula yazılmaq üçün (055) 532 89 88 və (025) 215 50 89 nömrələri ilə əlaqə saxlamaq lazımdır.
Ünvan: Masallı şəhəri, Elşad Hüseynov küçəsi.