SON XƏBƏRLƏR

Masallıda “Bir ümid də siz olun” devizi altında qanvermə aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş qanvermə aksiyası 4 noyabr tarixində Masallıda yerləşən “ASAN xidmət”də keçiriləcək.

Qeyd edək ki, aksiyanı keçirməkdə məqsəd Vətən müharibəsində ərazi bütövlüyümüz, eləcə də bizim əmin-amanlığımız uğrunda qan tökmüş şəhidlərimiz xatirəsini əbədi yaşatmaq və qazilərimizə daimi dəstəyimizi göstərməkdir.

Aksiya 6 saylı Bakı “ASAN xidmət” mərkəzi könüllülərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə baş tutacaq.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda