SON XƏBƏRLƏR

Lənkəranda xeyriyyə yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində verir.

Yarmarka Cənub Hazırlıq Mərkəzinin şagirdləri və valideyn heyəti tərəfindən  23-24 noyabrda kursun 2-ci qızlar korpusunun qarşısında keçiriləcək.

Əldə olunan məbləğ şəhid və qazi ailələrinin ehtiyacları üçün, həmçinin Lənkəranın Digah kəndində evi yanan kənd sakini Natavan Hüseynova üçün ayrılacaq.

Qeyd edək ki, yarmarkada, əsasən, şirniyyatlar satılacaq.

Ünvan: Cənub Hazırlıq Mərkəzi, 2-ci korpus, Əli Məmmədov küçəsi (Vergilər idarəsinin arxası).