SON XƏBƏRLƏR

Lənkəranda “Bir ağac – min nəfəs” aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN-in, “Təmiz Şəhər” ASC və “Bazar store” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyalarda plastik, şüşə, kağız və işlənmiş batareya təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb.

Vətəndaşlardan ümumi tutumu 90 litr olan plastik, 7 litr şüşə, 12 kiloqram kağız tullantı, 36 ədəd işlənmiş batareya təhvil götürülərək təkrar emala göndərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd hər kəsi ağac əkməyə təşviq etməklə yanaşı, tullantıların sayının azaldılmasına və təkrar emalına dəstək olmaqdır.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon