SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan müəssisələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.

Layihə zamanı məktəb-icma əlaqələri çərçivəsində şagirdlərin ekoloji maarifləndirilməsi təşkil ediləcək, dövlətin ekoloji siyasəti haqqında məlumatlar şagirdlərin diqqətinə çatdırılacaq.

Layihənin may ayının 10-na qədər yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, aksiya Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Peşə Liseyi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.