Lənkəranda 8 Noyabr Zəfər Günü ilə bağlı ağacəkmə aksiyaları davam edir. Bu haqda məlumatı bu gün, 6 noyabr tarixində Cenublu.az verir.
Belə ki, Aşağı Nüvədi qəsəbə və şəhər 2 nömrəli tam orta və R.Həsənov adına Viravul kənd tam orta məktəblərində ağacəkmə aksiyaları keçirilib. Aksiyada rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Aksiya çərçivəsində 2 nömrəli məktəbin həyətində 44 günlük müharibənin hər bir gününə ağac əkilib.