SON XƏBƏRLƏR

Masallı və Lənkəranda “Bir ağac – min nəfəs” adlı ağac tinglərinin paylanılması aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verir.

Belə ki, plastik (minimum 10 litr həcmində), şüşə (minimum 5 litr həcmində), kağız və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə etmək olar.

Hər kəs aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa dəvət olunur.

Tinglər Masallı şəhəri, Heydər Əliyev prospekti, 135-də yerləşən (Köhnə bazarın yanı) “Bazarstore”da saat 12:00-da və Lənkəran şəhəri, Qala Xiyabani küçəsində yerləşən “Bazarstore”da saat 15:00-da paylanılacaq.

Qeyd edək ki, ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.