SON XƏBƏRLƏR

SOCAR “Azəriqaz” İB-nin əməkdaşları Astarada “Açıq mikrofon” aksiyası keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində quruma istinadən verir.

Görüşdə 20-dən çox müraciət dinlənilib. Sığaloni və Marzəsə kənd sakinləri kəndlərinə qazın çəkilməsi istəyini bildiriblər. Qazlaşdırılan digər kəndlərdən qatılan abonentlər tərəfindən isə qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı xahişlər ünvanlanıb.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.