Astarada tibbi yardım aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində Astara rayon İcra Hakimiyyətinə istinadən verir.
Belə ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə respublikanın tanınmış həkimləri tərəfindən Pensər Ailə Sağlamlıq Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən aksiya çərçivəsində bir nəçə azyaşlı sünnət olunub, müxtəlif yaşda çox sayda vətəndaş müayinə edilib.