Astara rayonu Deqadi kəndində “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası baş tutacaq. Bu haqda məlumat “Azəriqaz” İB rəsmi Facebook səhifəsi bu gün, 13 noyabr tarixində verib.
Aksiya 15 noyabr saat 11:00-dan 13:00-dək keçiriləcək. Hər bir sakinin problemi və təklifi fərdi surətdə dinləniləcək.
Qeyd edək ki, aksiya daha öncə ölkənin digər rayon və kəndlərində baş tutub.