SON XƏBƏRLƏR

Astarada Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

Aksiyada YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP Astara rayon təşkilatının aparatının əməkdaşları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları mövsümə uyğun 100 ədəd “Eldar şamı” ağacı əkiblər.

Qeyd edək ki, aksiya YAP Astara Rayon Təşkilatının təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyəti və Lənkəran Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəstəyi ilə baş tutub.