SON XƏBƏRLƏR

Astarada ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.

Belə ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ələt-Astara avtomobil yolunun ətrafında sərv, Eldar şamı, dəmir ağacı, palıd və digər ağac növlərindən ümumilikdə 500-ə qədər ağac əkilib.