SON XƏBƏRLƏR

Astara rayonunda bir sıra məktəblərin həyətyanı sahələrində 8 noyabr – Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adı altında ağacəkmə aksiyaları keçirilib. Bu haqda məlumatı bu gün, 4 noyabr tarixində Astara şəhər Təhsil şöbəsinin rəsmi Facebook səhifəsi verib.

Belə ki, ağacəkmə aksiyaları Burzubənd kənd, Şahağac kənd 1 saylı, şəhər 2 saylı, Şiyəkəran kənd 2 saylı, M.Ə.Sabir adına Astara şəhər 1 saylı, Ərçivan qəsəbə 3 saylı, Sərək, Artupa kənd tam orta və Rüdəkənar kənd ümumi orta məktəblərində baş tutub.

Qeyd edək ki, aksiya çərçivəsində müxtəlif növdə dekorativ və meyvə ağacları əkilib.