SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – “Zəfər günü” ilə əlaqədar olaraq “44 günlük Vətən müharibəsindən tarix yazan Azərbaycan” mövzusunda tarix dərsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə “44 günlük Zəfər tarixi” mövzusunda film nümayiş olunub.

Daha sonra mövzu ətrafında geniş məruzə dinlənilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda