Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin yuxarı sinif şagirdləri Dövlət Arxivin Lənkəran filialına ekskursiya ediblər. Bu haqda məlumatı bu gün, 19 noyabr tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.
Ekskursiya zamanı arxivin əsas fəaliyyət istiqamətləri, o cümlədən filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, habelə sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər barəsində ətraflı məlumatlar verib.
Filialın arxivçisi sənədlərin mühafizə şəraitini əyani olaraq nümayiş etdirib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.