SON XƏBƏRLƏR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı 2022-ci il üçün Filial üzrə “İlin ən yaxşı tələbəsi” müsabiqəsini elan edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində verir.

Müsabiqəyə filialın ll, lll, IV və V kurslarında oxuyan, akademik göstəriciləri yüksək və orta səviyyədə olan, ictimai fəallığı olan tələbələr müraciət edə bilərlər. Son müraciət tarixi 21 dekabrdır. Müraciətdə yalnız 2022-ci il üzrə fəaliyyətlər öz əksini tapmalıdır.

Müraciətlər münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra ikinci mərhələyə keçən tələbələrə məlumat veriləcək. İkinci mərhələ əyani formada keçiriləcək.

Qeydiyyat üçün link: https://docs.google.com/…/1yaBM35jFlLjfyJVvzTjJRiF…/edit