2 dekabr saat 11:00-13:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Lənkəranda baş tutacaq. Bu haqda məlumatı Azəriqaz İB-in rəsmi Facebook səhifəsi verib.
Rəhbər şəxslər Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.