Lənkəran KOB İnkişaf Mərkəzi sahibkarların maarifləndirilməsi məqsədi ilə görüş keçirib. Bu haqda bu gün, 15 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.
Mərkəzin əməkdaşları Şağlaser kəndində sahibkarlarla görüşüb. Onlara torpağın əkindən əvvəl hazırlanması, bitkilərin qorunması üçün müvafiq vasitələrdən düzgün və vaxtında istifadə edilməsi ilə bağlı məsləhətlər verilib.
Lənkəran KOBİM-nin eksperti aqroteniki qulluq və gübrələmə barəsində danışıb. Həmçinin sahibkarala Lənkəran KOBİM tərəfindən digər təlimlərlə bağlı məlumat verilib.
Mərkəz tərəfinədən göstərilən xidmətlər ödənişsizdir.