SON XƏBƏRLƏR

Astaralı şagird respublika üzrə keçirilən müsabiqənin final mərhələsinə yüksəlib. Bu haqda bu gün, 3 dekabr tarixində şagirdin təhsil adlığı məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.

Pəlikəş kənd məktəbinin 9-cu sinif şagirdi olan Məmmədzadə İsmət “İstedadların hazırlığı laboratoriyası” VIII Respublika Fənn Olimpiyadasının finalında çıxış edəcək. 6 dekabr tarixində baş tutacaq yarışma Bakı şəhərində keçiriləcək.

Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Layihə Azərbaycan gəncliyi 2011-2015-ci illərdə imzalanmış Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.