SON XƏBƏRLƏR

Astaranın Siyaku kəndindən olan bəstəkar Elmir Mədətoğlu 44 günlük Vətən müharibəsinə 44 vətənpərvərlik mövzusunda olan mahnı həsr edib. Bu haqda məlumatı bu gün, 7 dekabr tarixində Cenublu.az verir.

Həmçinin o, Aprel və Tovuz döyüşləri zamanı şəhadətə yüksələn şəhidlərimizin şərəfinə mahnılar bəstələyib. Təkcə general-mayor, Milli Qəhrəman Polad Həşimovun xatirəsinə 10-a yaxın mahnı həsr edib. Onun 20-ə yaxın vətənpərvərlik mövzuda olan mahnıları Dövlət Radiosunun Qızıl Fondundadır.

Bəstəkarın mahnılarını Xalq artistləri – Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Əməkdar artistlər – Firuz Səxavət, Nuriyyə Hüseynova, Babək Niftəliyev, Sevinc Sarıyeva, Nüşabə Ələsgərli, Nigar Şabanova, Firuzə İbadova, müğənnilər Qədir Qızılsəs, Elxan Şirinov və digərləri ifa ediblər.