Lənkəran şəhərinin mərkəzi küçəsində piyada yolu zibillərlə tutulub. Bu haqda məlumat bu gün, 25 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, şəhərin Zərifə Əliyeva küçəsində piyada səkisinin üzərinə tullantılar və kol-kos atılıb. Yoldan istifadə edən sakinlər məcburən maşın yoluna çıxmalı olurlar. Yolun sonunda sağa dönmə olduğundan sürücü və piyadalar üçün qəza şəraiti yaranır.