SON XƏBƏRLƏR

Bir müddət öncə Masallı rayonu, Yeyənkənd kənd sakinləri redaksiyamıza kənddə qaz xəttində yaranmış problemlə bağlı müraciət ediblər.

Belə ki, qaz xətti asfaltın altı ilə keçməsi səbəbindən zədələnmişdir və xeyli müddətdir ki, təmir olunmurdu.

Biz isə öz növbəmizdə mövcud problemlə bağlı Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədova müraciət etdik.

İdarə rəisinin verdiyi göstərişə əsasən, mövcud problem operativ şəkildə araşdırılıb və yerüstü qaz xətti çəkilməklə kökündən həll olunub.