Lənkəran şəhəri Şəhidlər xiyabanı ərazisinə gələn su istifadəyə yararsızdır. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, bu hal artıq 2 aya yaxındır ki müşahidə olunur. “Sentyabr ayının əvvəllərində aidiyyatı qurumlara müraciət etdik. Bizə 1 ay ərzində şikayətimizə baxılacağı söylənildi. Artıq iki aya yaxın vaxt keçib. Məsələ olduğu kimi qalıb”- deyə bir sakin söyləyib.
“Xanbulan suyu təmizliyi və keyfiyyəti ilə seçilən su idi. Son zamanlar nə oldusa suyun keyfiyyəti get-gədə düşdü. Hal-hazırda sudan pis qoxu gəlir və rəngi heçdə ürəkaçan deyil”- deyə digər bir sakin deyib.
Daha bir sakin qeyd edib: “Bu suyu nəinki içməyə və yeməyə, hətta digər tələbatlar üçün belə istifadə edə bilmirik. Su palçıqlıdı və iyi pisdi”.